• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Putin: “Qərblə Rusiya arasında müharibə fərqli olacaq”

DÜNYA

15 Oktyabr 2023 | 17:19

Putin: “Qərblə Rusiya arasında müharibə fərqli olacaq”

“Qərblə Rusiya arasında qızğın toqquşma baş verərsə, tamamilə fərqli bir müharibə olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” “Rossiya-1” telekanalında deyib.

Belə ki, o, jurnalistin xahişi ilə ABŞ Konqresinin komissiyasının həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə, o cümlədən nüvə qarşıdurması variantını nəzərə almaqla hazırlaşmaq tövsiyəsini şərh edib.

“Biz sülh istəyirik və əgər onlar Rusiya ilə döyüşmək istəyirlərsə, bu, tamam başqa müharibə olacaq”, - o bildirib.

O əlavə edib ki, ağlı başında olan heç bir şəxs nüvə gücləri arasında müharibə ehtimalına yol verməməlidir: “Biz hamımız müharibəyə hazırlaşırıq, çünki məlum qədim prinsipə əməl edirik: sülh istəyirsənsə, müharibəyə hazırlaş. Amma güman edirik ki, biz sülh istəyirik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026