• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Makron Qazaxıstan və Özbəkistana gedə bilər

DÜNYA

31 Oktyabr 2023 | 13:51

Makron Qazaxıstan və Özbəkistana gedə bilər

Fransa Prezidenti Emmanuel Makron noyabrda Qazaxıstan və Özbəkistana səfər edə bilər.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” yayıb. 

Agentlik yazır ki, səfər noyabrın 1-2-si baş tuta bilər. Bununla belə, Fransa liderinin saytında bununla bağlı məlumat yer almayıb.

Makronun sözügedən ölkələrə səfəri Fransanın uran tədarükünü artırmaq istəyi ilə əlaqələndirilib. 

Bildirilir ki, Fransanın urana ehtiyacı Nigerdə enerji resursları emalının dayandırılması ilə bağlıdır. Belə ki, Nigerdəki hərbi çevrilişdən sonra Fransanın bu ölkədə həyata keçirdiyi uran hasilatı dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026