• Bakı 24° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

“Mançester Yunayted” 6 futbolçu ilə vidalaşdı - RƏSMİ

İDMAN

10 Iyun 2026 | 18:42

“Mançester Yunayted” 6 futbolçu ilə vidalaşdı - RƏSMİ

"Mançester Yunayted" komandadan ayrılan futbolçuların siyahısını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, İngiltərə klubunun rəsmi saytı növbəti mövsümə hazırlıq çərçivəsində əsas komandanın 6 üzvü ilə yollarını ayırdığını rəsmən təsdiqləyib.

Klubu Kazemiro, Tirrell Malasiya və Ceydon Sanço tərk edəcək. 2022-ci ildə "Mançester Yunayted"ə transfer olunan Kazemiro mövsümün əvvəlində komandadan ayrılacağını açıqlamışdı. Malasiya və Sanço ilə isə başa çatan müqavilələr yenilənməyib.

Bundan başqa, Rasmus Hoylund icarə əsasında çıxış etdiyi "Napoli"yə birdəfəlik transfer olunub. Həmçinin Manuel Uqarte və Coşua Zirkzee də komandanı tərk edəcək futbolçular sırasındadır.

Qeyd edək ki, "Mançester Yunayted" yay transfer pəncərəsi öncəsi heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır. (qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR