Masallı Rayon İcra Hakimiyyətinin cari ilin noyabr ayının ötən günlərində keçirdiyi tenderlərin qalibi bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, yerli icra hakimiyyətinin “İnzibati binanın cari təmiri” (05.11.2022), Bərk inventarların satınalınması (05.11.2022) və “Masallı rayonunda "Şuşa ili" tədbirinin təşkili işlərinin satınalınması” (05.11.2022) ilə bağlı keçirdiyi tenderlərin qalibi “Uğurlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət olub.
İcra hakimiyyəti bu şirkətə müvafiq tederlər üzrə 14 min 941 manat, 15 min 694 manat və 19 min 965 manat, ümumilikdə 50 min manat ödəyib.
Qeyd edək ki, 15 min nizamnamə kapitalı olan “Uğurlu İnşaat” MMC-nin qanuni təmsilçisi Əliyev Talıb Rəfail oğludur.
İbRa


jpg-1667889703.jpg)













