• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu gün 2022-ci ilin ən təhlükəli günüdür? - Belə hadisələrdə nəsə axtarmağa...

CƏMİYYƏT

08 Dekabr 2022 | 10:15 | Müəllif: Qalib İbrahimoğlu

Bu gün 2022-ci ilin ən təhlükəli günüdür? - Belə hadisələrdə nəsə axtarmağa...

Xəbər verdiyimiz kimi, bu gün Marsın Ay tərəfindən tutulması baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, tam Ay-Qırmızı Planetin qarşıdurması ilə üst-üstə düşüb.  Tam ay Marsı qarşıdurma anında tutub - astronomlar yaxınlaşan Yer və Marsın Günəşlə düzüldüyü, Mars və Günəşin bir-birinə qarşı durduğu vaxtı belə adlandırırlar.

Astroloqlar bu günü 2022-ci ilin ən təhlükəli günü hesab edirlər. Baş verəh hadisənin insanlara hansı mənfi təsiri ola bilər?

Terapevt Rasif Bağırov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bütün dövrlərdə meteohəssas məsələlərlə bağlı fəzada baş verən dəyişikliklərlə insan orqanizmində gedən hər hansı prosesin əlaqəsini tapmağa çalışırlar: "Amma belə bir məsələnin, demək olar ki, elmi araşdırması yoxdur. Sadəcə kimlərinsə fərziyyəsidir. Bəzi həkimlər, alimlər ola bilər ki, orda müəyyən məntiq axtararlar. Ancaq ortada konkret bir işin nəticəsi yoxdur ki, ona əsaslanıb deyəsən, bu proses baş verəndə, həqiqətən də insan orqanizmində bu dəyişiklik olur".

Onun sözlərinə görə, sadəcə belə bir porosesin məlumat halında qabaqcadan insanlara ötürülməsi nəticəsində insanlar psixoloji şəkildə özlərini buna hazırlayırlar. Kimlərsə özünü bir az qeyri-normaı hiss etdikdə Ay tutulması və s. bu kimi hadisələrlə əlaqələndirir.

R.Bağırov deyib ki, digər tərəfdən, müxtəlif tibbi aparatlara görə, insan orqanizmi ilə daha yaxından təmasda olur, müəyyən şüalar, maqnit dalğaları verilir, orqanizm gərginliyə məruz qalır, amma orqanizmdə hər hansı fəsad qoymur: "Planetlərin bir-birlərinə müəyyən məsafədə yaxınlaşması, bir-birlərinin qarşılarına keçməsi o demək deyil ki, insanda mütləq dəyişiklik yaranacaq".

Müsahibimiz bu gün həmin hadisənin insanlarda dəyişiklik yarada biləcəyinə inanmır. Bildirib ki, əslində, planetlər və planetlərin peykləri dünyada mövcud olan qalaktikanın nizamının lazım olan şəkildə səviyyədə qurulmasına xidmət edir: "Misal üçün, Ay Yerin peykidir. Yəni, Ay ilə Yer arasında müəyyən bir cazibə qüvvəsi var, Ay həmin cazibə qüvvəsindən çıxa bilmir. Yer onu öz cazibə qüvvəsində saxlamaqla Günəş ətrafında fırlanmasını tənzimləyir".

Bu səbəbdən də həkim belə hadisələrdə nəsə axtarmağı məsləhət bilmir: "Çünki meteohəssaslıqlan da qat-qat artıq olan nevrotik insanlar belə şeylərə çox-çox önəm verir və psixoloji olaraq pis təsir edir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR