• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Xankəndi yolunda aksiya gecə saatlarında da davam edir

CƏMİYYƏT

06 Yanvar 2023 | 22:44 | Müəllif: Subhan Mahmudov

Xankəndi yolunda aksiya gecə saatlarında da davam edir

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın könüllüləri bu saatlarda coşqu nümayiş etdirirlər.

Bakıvaxtı.az xəbər verir ki, aksiya fəalları plakat qaldırıb, ənənəvi şüarlarını səsləndirirlər.

Onlar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar bildirir ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Etirazçılar tələblərində israrlı görünürlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya artıq 26 gündür davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR