• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli oldu

CƏMİYYƏT

05 Fevral 2023 | 21:59 | Müəllif: Subhan Mahmudov

Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli oldu

Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli olub.

“Buta Airways” aviaşirkətinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, "Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib. Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026