• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Vətən müharibəsi iştirakçısı HƏBS EDİLDİ

CƏMİYYƏT

07 Mart 2023 | 17:25

Vətən müharibəsi iştirakçısı HƏBS EDİLDİ

Bu gün Saatlı rayonu Əbilkənd kənd sakini, Vətən Müharibəsi iştirakçısı Vilayət Həsənov Mil-Muğan Regional Məşğulluq İdarəsinin Saatlı Rayon Xidmət Şöbəsinə yaxınlaşaraq fərdi təsərrüfatlarla məşğul olmaq üçün iri və xırdabuynuzlu heyvan verilməsini tələb edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu zaman həmin qurumun əməkdaşı ona 2021-ci ildə 21 baş xırdabuynuzlu heyvan verildiyini izah edib və hazırda onun bu tələbinin yerinə yetirilməsinin mümkün olmadığını bildirib. Bundan sonra V.Həsənov şöbəni tərk edib, bir müddət sonra isə yenidən geri qayıdaraq inzibati binanın birinci mərtəbəsinin döşəməsini yandırıb. Yanğın ətrafındakıların köməkliyi ilə söndürülüb.

V.Həsənov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb və Saatlı Rayon Polis Şöbəsinə gətirilib.

Burada onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə sonuncu 25 sutka inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026