• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bədii ədəbiyyatda dilimiz niyə korlanır?

CƏMİYYƏT

06 Aprel 2023 | 15:44 | Müəllif: Qalib İbrahimoğlu

Bədii ədəbiyyatda dilimiz niyə korlanır?

Azərbaycan ədəbiyyatının 20-30 il əvvəlki durumuna nəzər yetirdikdə görürük ki, bir çox əsəri, şeiri heç də hər adam oxuyub anlaya bilməz.

Oxuyub anlamaq üçün, ən azından Azərbaycan dilinin orfaqrafiyası haqqında müəyyən biliklərə sahib olmaq lazımdır. İndi isə hər şey daha fərqlidir. Belə ki, müasir dövrdə yazılan bəzi əsərlərdə sözlər orfaqrafiya qaydalarına uyğun deyil, danışıldığı kimi yazılır. Məsələn, “məndən”, “səndən” yazılmaq əvəzinə “mənnən”, “sənnən” yazılır.

Əsərlərinin dilində bu şəkildə kobud səhvə yol vermək nə dərəcədə düzgündür?

“Qanun” Nəşrlər Evinin qurucusu Şahbaz Xuduoğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əsərdə sözlər obrazların dilindən dialoq şəklində verilirsə, deyildiyi kimi yazıla bilər:

“Müəllif və yazı mətnində isə bu, istisna hallarda ola bilər. Əgər yazıçının üslubu bunu tələb edirsə, belə ola bilər”.

Şahbaz Xuduoğlu: Əgər yazıçının üslubu bunu tələb edirsə, belə ola bilər

Naşirə görə, rəsmi mətndə isə bu, əlbəttə, səhv hesab olunur.

Yazıçı Şərif AğayarBakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu, dialoqlarda ola bilər:

"Bəzi əsərlərdə isə müəllifin üslubuna, əsərin xarakterinə uyğun olaraq danışıq təhkiyəsi vermək mümkündür”.

Şərif Ağayar: Ədəbi yaradıcılıqda mütləq bir qayda yoxdur

Onun sözlərinə görə, ümumilikdə, ədəbi yaradıcılıqda mütləq bir qayda yoxdur:

“Baxır müəllifə, əsərin üslubuna və xarakterinə".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026