• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Xocalı soyqırımı olmayacaqdı, əgər... - Çavuşoğlu

CƏMİYYƏT

06 May 2023 | 14:52

Xocalı soyqırımı olmayacaqdı, əgər... - Çavuşoğlu

Əgər indiki Türkiyə hakimiyyəti illər öncə iqtidarda olsaydı, Xocalı soyqırımı olmayacaqdı və Azərbaycanın torpaqları işğal edilməyəcəkdi.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, həmin zaman Türkiyə hakimiyyəti Azərbaycanı erməni işğalından qorumayıb.

Nazir, eyni zamanda, türk dünyasının gücləndirilməsi gərəkdiyini vurğulayıb:

“Biz öz güclərimizi birləşdirməliyik. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi türk dünyasının özünə inamını bərpa etdi. İndi hamı (TDT üzvləri) inanır ki, lazım gəlsə, Türkiyə onların da yanında olacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR