• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Azərbaycan-Türkiyə konfederasiyası yarana bilər” - AÇIQLAMA

CƏMİYYƏT

05 Iyun 2023 | 14:44 | Müəllif: Qalib İbrahimoğlu

“Azərbaycan-Türkiyə konfederasiyası yarana bilər” - AÇIQLAMA

“Türkiyə bundan sonra regional və qlobal çapda daha miqyaslı siyasət həyata keçirəcək. Hakan Fidanın xarici işlər naziri təyin ediməsi buna işarədir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. Onun sözlərinə görə, istər regionda, istərsə də dünyada Türkiyə regional və qlobal məsələlərin həllində episentrdə olmağa çalışacaq: “Bu da təbii ki, Azərbaycana öz müsbət töhfələrini verəcək”.

Politoloq qeyd edib ki, artıq Türkiyə, Azərbaycan və Özbəkistandan ibarət türk konfiqurasiyası qurulur: “Özbəkistan da Türküstan bölgəsinin-Mərkəzi Asiyanın ən önəmli ölkələsidir. Özbəkistanın önəminin Bzejinski məşhur “Şahmat taxtası” kitabında da bildirib. Keçmiş SSRİ ölkələri içərisində müstəqil siyasət yürüdə biləcək 3 ölkənin - Azərbaycan, Özbəkistan və Ukraynanın adını qeyd edib”.

“Artıq türk birliyi qurulur” deyən Ə.Məmmədli Qazaxıstan və Türkmənistanın da burada fəallağını görəcəyimizi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında konfederasiya sazişi imzalana bilər.

“Bizi daha böyük işlər gözləyir. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin bu istiqamətdə daha ciddi addımlar atacağını düşünürəm”, - deyə Əhəd Məmmədli qeyd edib.

Cavad


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026