Səudiyyə Ərəbistanı Krallığından ziyarətdən dönən ilk zəvvar qrupu artıq Bakıya qayıdıb.
Bakıvaxtı.az xəbər verir ki, bu il Həcc ziyarətinə gedən dindarlarımızdan 180 nəfəri gətirən təyyarə artıq Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanıb.
İslamın müqəddəs məkanlarını ziyarət edərək Vətənə dönən hacıların səhhəti normaldır.
Bu gün Mədinə-Bakı reysi ilə zəvvarlarımızı gətirəcək daha bir təyyarənin gecə saatlarında paytaxtımıza gələcəyi planlaşdırılır.
Murad Məmmədli
















