• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Abdullahiyan: "Səfirliyə qarşı törədilmiş terror ciddi araşdırılır"

CƏMİYYƏT

05 Iyul 2023 | 14:29

Abdullahiyan: "Səfirliyə qarşı törədilmiş terror ciddi araşdırılır"

Prezident İlham Əliyevlə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı aparılan araşdırmasının gedişatını müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müzakirələr Hüseyn Əmir Abdullahiyanın iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb.

Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib.

Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026