• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dünyada rekord istilik qeydə alındı

CƏMİYYƏT

05 Iyul 2023 | 13:13 | Müəllif: Qalib İbrahimoğlu

Dünyada rekord istilik qeydə alındı

İyulun 4-də qlobal orta temperatur 17,18 dərəcə olmaqla rekord həddə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bundan öncəki gün, yəni 3 iyul 2023-cü il dünyada bütün zamanların ən isti günü kimi qeydə alınıb.

Belə ki, ABŞ meteorologiya xidmətinin Ətraf Mühitin Mühafizəsi üzrə Milli Mərkəzinin (NCEP) yaydığı məlumata görə, iyulun 3-də qlobal orta temperatur 17,01 dərəcəyə çatıb.

Rekord 24 saat ərzində təzələnərək iyulun 4-də 17,18 dərəcəyə çatıb.

Qeyd edək ki, bundan əvvəl qlobal orta temperatur 2016-cı ilin avqust ayında 16,9 dərəcə olaraq ölçülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026