• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ətin içərisində narkotik keçirilməsinə cəhd edildi

CƏMİYYƏT

04 Avqust 2023 | 11:41

Ətin içərisində narkotik keçirilməsinə cəhd edildi

Cəzaçəkmə müəssisəsinə ətin içərisində narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə məhkum edilmiş İlham Bəyiş oğlu Quliyevə qohumu Nağı Mahmud oğlunun gətirdiyi sovqatda qaynadılmış ətin içərisində gizlədilmiş 2,209 qram marixuana və 3,545 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR