• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Yoxlama gedir" - Hafiz Hacıyevin partiyası ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

04 Avqust 2023 | 12:09

“Yoxlama gedir" - Hafiz Hacıyevin partiyası ilə bağlı AÇIQLAMA

Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Ədliyyə Nazirliyi bəzi partiyaların yenidən qeydiyyata alınması ilə bağlı müraciətinə imtina cavabı verib.

“Biz də partiyanın müvafiq sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmişik. Nəticəni gözləyirik”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

O qeyd edib, nazirliyə göndərilən sənədlər araşdırılır: “Yoxlama gedir. Nə deyə bilərik? Müasir Müsavat Partiyası 22 ilin partiyasıdır. 4 dəfə prezident seçkilərində iştirak etmişik. Proses davam edir. Yekunda mövqeyimizi bildirəcəyik”.

Xatırladaq ki, partiyanın qeydə alınması üçün ən azı 5 min üzvün olması tələb olunur. “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026