Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, “Azadlıq prospekti” metrostansiyasının yaxınlığında geniş səki zəbt edilmişdi.
Daxili İşlər Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, sözügedən ərazidə köşkün ətrafındakı soyuducular artıq yığışdırılıb.
Ötən gün sosial şəbəkədə yayılan məlumata görə, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkidə qoyulan köşkün qarşısında yerləşdirilən soyuducular və məhsullar hərəkətin məhdudlaşmasına səbəb olub.
Ramid İbrahimov


jpg-1691133938.jpg)













