• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Axşam külək mülayimləşəcək

CƏMİYYƏT

07 Mart 2023 | 17:12

Axşam külək mülayimləşəcək

"Dünən Bakıda və Abşeronda temperatur iqlim normasından 9 dərəcə yüksək olub".

Bu barədə Bakıvaxtı.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, bir neçə gündür, ölkə ərazisində küləkli hava şəraitinin müşahidə edilməsinə baxmayaraq yüksək temperatur rejimi qeydə alınıb: "Belə ki, dünən Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 9 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında, eləcə də, bəzi bölgələrdə havanın temperaturu 23-28 dərəcəyədək yüksəlib”.

G.Məmmədovanın sözlərinə görə, keçən il Yel çərşənbəsində havanın temperaturu ilqim normasından 4 dərəcə yüksək olub: "Çoxillik müşahidə məlumatlarına əsasən, son 10 ilin Yel çərşənbəsində cənub-qərb küləyinin maksimal sürəti 2020-ci ildə 22 m/san-yə çatıb. Bu gün isə Abşeronda şimal küləyinin sürəti saniyədə 25 metrə çatıb. Axşam külək mülayimləşəcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026