Orucluqda düzgün qidalanmamaq sonradan insan orqanizminə mənfi təsirlərini göstərir. Bəs oruc tutanlar necə düzgün qidalansınlar?
Dietoloq Ləman Süleymanova Bakıvaxtı.az-a deyib ki, səhər imsaka qalxmaq lazımdır. Çunki o saatlarda 3-4 hormon aktivləşməsi özünü büruzə verir: “İnsan həmin saatda oyanıb yemək yeyərsə, aktiv olarsa, gün ərzində bütün qidalar yaxşı həzm olunacaq, insanda fiziki aktivlik olacaq, cavan qalacaq, hüceyrələrin yenilənməsi baş verəcək. İmsakda duzlu , ağır qidalar qəbul edilməməlidir. Daha çox yüngül, doyumlu qidalara üstünlük vermək lazımdır”.
Onun sözlərinə görə, su balansını tənzimləmək də lazmdir: “Ən azından 2-3 stəkan su içmək məqbuldur. Gün ərzində yatıb tənbəllik etmək olmaz, xüsusən də iftara yaxın aktiv və pozitiv olmaq lamzir. İftar zamanı da süfrəni ifrat dərəcədə bəzəmək olmaz. İnsanlar var ki, imsak etmirlər, bütün günü yatırlar, iftarda isə daha çox yeyirlər. Bu, heç dini nöqteyi nəzərdən də qəbul edilmir”.
Bəzən oruc tutanlar arasında artıq çəki almaqdan şikayətlənənlər də olur.
Müsahibimiz bununla bağlı deyib ki, oruc tutanlar həftənin bir neçə gününü meyvə qəbul etməlidirlər. Onun sözlərinə görə, iftarda süfrə çox sadə olmalıdır: “Sufrədən yarı doymuş durmaq lazımdır”.
Oruc tutan insan yuxu rejiminə də diqqət etməli, normal yuxu yatmalıdır: “Elə insanlar var ki, imsaka qədər oyaq qalır, imsakda çox yeyir, o zaman orqanizm tərəfindən səhər yeməyi yox, gecə yeməyi kimi qəbul edilir. Belə insanlar çəki artırırlar. Ancaq deyilən kimi edilsə, həm sağlamlığımızı sığortalamış olarıq, həm də dini nöqteyi nəzərdən Allahın xoşuna gedər”.
Xəyalə Rza










jpg-1683364387.webp)
jpg-1683362630.webp)




