• Bakı 27° C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Maşınımı satıb albom buraxdım - Ali Pormehr sənətə gəlişindən DANIŞDI

MƏDƏNİYYƏT

26 Iyul 2023 | 09:34

Maşınımı satıb albom buraxdım - Ali Pormehr sənətə gəlişindən DANIŞDI

"Burada, yəni Azərbaycanda efirə çıxmaqla İranda artıq öz sözünü demiş müğənni olursan".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri verilişlərin birində müğənni Ali Pormehr deyib.

Sənətçinin sözlərinə görə, bir yerdən başlamaq üçün risq etmək lazımdır: "Bu sənətə gəldinsə risq eləməlisən. Mən hələ Azərbaycanda kanallara çıxmamışdan qabaq İranda maşınımı satdım albom çıxartdım. Beləliklə, ilk risqimi elədim. Şükürlər olsun ki, onun qatbaqat artığını qazandım".

"Hamı maşını satanda mənə deyirdi ki, o pul batdı. Sən dəlisənmi? Dedim, qoy elə mən dəli olum. Dünyanı dəyişən dəlilər olub. Ağıllılar heç bir işə yaramayıb. Maşının puluna "KamAZ"ın yük yerinin yarısı dolu disk oldu. İranda "Azadlıq" deyilən yer var, ordan keçən sürücülərə disk verirdim".

Müğənni sonda vurğulayıb ki, sözügedən satışdan pulların hamısı özünə gəlib çatmayıb: "Satandan sonra 90%-i it-bat oldu. Mənə ordan 10% qaldı. Amma eybi yoxdur. Halal xoşları olsun. Əsas odur disk satıldı, zamanla tanınıb bu sənətə gələ bildim".

Qeyd edək ki, Ali Pormehr bir neçə il öncə "Naz eləmə", "Salam yetir", "Axtar məni" və s. kimi ifaları ilə Azərbaycanın sosial platformasında trendə düşüb.

Xəyalə Rza


SON XƏBƏRLƏR

07 Iyul 2025