• Bakı 25° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Maskın anası Baydenə QƏZƏBLƏNDİ

DÜNYA

15 Dekabr 2023 | 09:02

Maskın anası Baydenə QƏZƏBLƏNDİ

“Tesla” və “SpaceX”in sahibi İlon Maskın anası Mey Mask ABŞ Prezidenti Cozef Baydenin Maska nəzarət etmək üçün müxtəlif yollardan istifadə edəcəyi xəbərinə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mey Mask sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, Bayden Maskın dünyanı daha yaxşı yerə çevirməsinə mane olur:

“Mən İlon Maskın anasıyam. Onun məqsədi dünyanı daha yaxşı bir yerə çevirməkdir. ABŞ-nin hazırkı prezidenti onu dayandırmaq istəyir. Lakin başqa ölkələrdə insanlar İlonla fəxr edirlər”.

Qeyd edək ki, Baydenin Maska nəzarət etmək üçün müxtəlif yollardan istifadə edəcəyini ABŞ Federal Rabitə Komissiyasının üzvü Brendan Karr sosial media hesabında yazmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026