• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ABŞ İrana MESAJ GÖNDƏRDİ: "Hərtərəfli hazırlaşmışıq"

DÜNYA

13 Yanvar 2024 | 22:38 | Müəllif: Subhan Mahmudov

ABŞ İrana MESAJ GÖNDƏRDİ: "Hərtərəfli hazırlaşmışıq"

ABŞ Prezidenti Co Baydenin administrasiyası Yəməndə hakim "Ənsar Allah" hərəkatının "husiləri"nin hücumları ilə bağlı Tehrana mesaj göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə Amerika liderinin özü məlumat verib.

"Mesajı onlara özəl olaraq çatdırdıq və əminik ki, hərtərəfli hazırlaşmışıq", - Bayden deyib.

Lakin ABŞ prezidenti bu mesajın təfərrüatlarını açıqlamayıb. İranın özünün Vaşinqtonla əlaqə saxlayıb-yaxmaması və onun nümayəndələrinin məsələnin müzakirəsində iştirak edib-etməməsi də məlum deyil.

Bu arada Yəmən "husilər"i ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərini qanuni hədəfləri kimi müəyyənləşdiriblər . Hərəkatın nümayəndəsi ölkəyə raket hücumunda iştirak etmiş Birləşmiş Ştatlar və Böyük Britaniyanı "tez cavab"la hədələyib./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR