• Bakı 18° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Ötən ay zəhərlənmədən 6 nəfər vəfat edib

HADİSƏ

02 Iyun 2022 | 09:54

Ötən ay zəhərlənmədən 6 nəfər vəfat edib

May ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib.

Bu barədə Bakıvaxtı.az-a Mərkəzin Mətbuat xidmətindən bildirilib. Məlumata görə,  onlardan 137-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qeyd olunub ki, qəbul olan xəstələrdən 70-i dərmandan, 21-i sirkə turşusundan, 6-sı dəm qazından, 1-i göbələkdən, 12-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 9-nu ilan, 2-ni isə həşərat sancıb.

"Zəhərlənən şəxslərin 56-sı qadın, 61-i kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 137 nəfərdən 6-sı (3-ü kişi, 3-ü qadın) dünyasını dəyişib", - deyə KTM-nin məlumatında bildirilir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026