Cəmiyyətimizi qorumaq üçün təbiətimizi qorumalıyıq. Karbon emissiyalarına və təbiətimizi çirkləndirən digər zərərli tullantılara yox deməliyik. Planetimizin mühafizəsi sahəsində tədbirlər artırılmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri COP29-un liderlər sammitinin açılış mərasimində çıxış edən Banqladeşli sosial sahibkar, bankir, iqtisadçı və vətəndaş cəmiyyəti lideri Məhəmməd Yunus çıxışında qeyd edib.
O, həmçinin, əlavə edib ki, COP tədbiri iqlim dəyişikliyi mövzusunda müsbət töhfə verəcək:
"COP29 tədbirinin təşkil edilməsi həm dünyamız, həm cəmiyyətimiz, həm ekologiya üçün xüsusi əhəmiyyət kəsb edir. Yetəri qədər maliyyə yatırımları ayrılır. Bu tip məsələlər ekoloji sağlamlığa və digər məsələlərə dəstək hesab edilir".
Əli Hüseynov