• Bakı 12° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.7932

    RUB - 0.0173

Ermənistan ekoloji terror yuvasıdır: Rəsmi İrəvanın COP29-a gəlməməyi heç nəyi dəyişmir

SİYASƏT

14 Noyabr 2024 | 10:35

Ermənistan ekoloji terror yuvasıdır: Rəsmi İrəvanın COP29-a gəlməməyi heç nəyi dəyişmir

Artıq 4 gündür ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir. Azərbaycan ev sahibi olaraq, COP29-a Ermənistanı dəvət etsə də, qarşı tərəfin tədbirdə iştirakı gzölənilmir.

Prezident İlham Əliyev vurğulayıb ki, COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.

Bəs görəsən, Ermənistanın COP29-a gəlməməsinin səbəbləri nədir?

Mövzu ilə bağlı politoloq Azər Qasımov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, COP29, ilk növbədə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun göstəricisi oldu. Dünyanın 170-ə yaxın ölkəsindən gələn dövlət rəhbəri və rəsmiləri, eləcə də beynəlxalq mətbuat nümayəndələri COP29-la dünyanın ekoloji problemlərinin həllində Azərbaycanın necə istəkli olduğunu görürlər:

"Azərbaycan təkcə tədbir üçün məkan yaratmaqla yox, aktiv şəkildə proseslərdə iştirak edir. Bu isə ekoloji problemlərin həlli üçün vacib amildir”.

Müsahibimiz qeyd edib ki, tədbirə gəlməyən ölkələr çox böyük ayıb edirlər. İlk növbədə, dünyada ekoloji problemlərin insanlıq üçün ciddi şəkildə narahatlıq yaratdığı bir məqamda hansısa məsələləri bəhanə edərək tədbirdə iştirakdan imtina etmək öz gələcəklərinə belə laqeyd münasibətin göstəricisidir.

Azər Qasımov: Tədbirə gəlməyən ölkələr çox böyük ayıb edirlər

A.Qasımovun fikrincə, Ermənistanın əslində tədbirə gəlməyi heç nəyi dəyişmədiyi kimi, gəlməməyi də heç nəyi dəyişmir. Ermənistanın özü elə ekoloji terrorun yuvasıdır:

"Azərbaycan ərazilərindəki ekoloji terrorun izləri hələ yerindədir. Ermənistan tədbirə gələrək hansısa ekoloji problemlərin həlli üçün müəyyən məbləğ ayırsa idi, bəlkə bununla dünya ictimaiyyətinə müəyyən xoş niyyət mesajı verərdi. Amma Ermənistan xislətində olmayan bir şeyi edə bilməzdi, hansı ki, belə də oldu. Prezident tədbirin açılışında BMT-nin işğal dövründə verilmiş və icra edilməmiş qərarlarının Azərbaycan tərəfindən həyata keçirilməsini bildirməklə, əslində tədbirə gəlməyən və bu qərarların həyata keçirilməsinə mane olan dövlətlərin üzünə şillə kimi cavab verdi. Tədbirə gələn ölkələrin və qonaqların sayının açıqlanması isə tədbirin baş tutduğunu, buna mane olmağa çalışan ölkələrin arzularının ürəklərində qaldığını göstərdi”.

“Tədbir hələ davam edir. Hesab edirəm ki, COP29 Azərbaycan dövləti üçün təşkil etdiyi beynəlxalq tədbirlər arasında öz möhtəşəm yerini tutacaq", - deyə Azər Qasımov əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR