• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana gəldi

SİYASƏT

14 Noyabr 2024 | 10:33

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana gəldi

Noyabrın 14-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatı Soltan Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.


Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana gəldi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR