• Bakı 15° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Məmurlara “iPhone”la bağlı XƏBƏRDARLIQ

DÜNYA

20 Mart 2023 | 14:34

Məmurlara “iPhone”la bağlı XƏBƏRDARLIQ

Rusiya hökuməti kibertəhlükəsizliyin artırılması məqsədilə daha bir addım atıb.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, Prezident Administrasiyasının əməkdaşlarına ABŞ-ın əsas smartfon istehsalçısı olan “Apple” şirkətinin məhsullarından istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edilib.

Bildirilib ki, administrasiyanın əməkdaşlarına artıq rəsmi bildirişlər təqdim edilib və onlara fərqli əməliyyat sisteminə malik smartfonlara keçmələri tövsiyə edilib.

Məlumata görə, “iPhone” smartfonu ilə bağlı qadağalar aprelin 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, daha əvvəl də Rusiyada Qərb ölkələrinin İT məhsullarından imtina ilə bağlı təkliflər gündəmə gəlmişdi.


SON XƏBƏRLƏR

19 Oktyabr 2025
18 Oktyabr 2025