• Bakı 17° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Meşə yanğını: 300 nəfər təxliyə edilib

DÜNYA

11 Aprel 2023 | 12:32

Meşə yanğını: 300 nəfər təxliyə edilib

Cənubi Koreyada meşə yanğını olub.

Bakıvaxtı.az xəbər verir ki, yanğın Qanqvon əyalətinin Qanqneunq şəhərində baş verib. Güclü külək səbəbindən sürətlə yayılan yanğında riskli bölgələrdə olan 300 nəfər təxliyə edilib. Yanğınsöndürənlərin alova nəzarət etmək üçün işlərini davam etdirdiyi, külək səbəbindən yanğına havadan müdaxilənin mümkün olmadığı bildirilib.

Qanqvon əyalətinin qubernatoru Kim Jin-tae yanğında 170 hektardan çox ərazinin yanaraq külə döndüyünü açıqlayıb. Yanğının səbəbinin araşdırıldığını ifadə edən Kim alovun güclü külək nəticəsində bir ağacın elektrik kabellərinin üzərinə düşməsi səbəbindən başladığını düşündüklərini bildirib.

Cənubi Koreya prezidenti Yoon Suk Yeol səlahiyyətlilərə yanğının qarşısını almaq üçün bütün resurslardan istifadə etməyi və sakinləri tez bir zamanda təxliyə etməyi tapşırıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026