• Bakı 16° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Məşhur müğənni Swarovski kristallarına büründü

MƏDƏNİYYƏT-ŞOU

24 Yanvar 2023 | 16:33

Məşhur müğənni Swarovski kristallarına büründü

Moda və şou dünyasının bütün ulduzları hazırda Fransanın paytaxtı Parisdə ilin ən mühüm moda sərgilərindən biri olan Paris Moda Həftəsindədir.

Bakıvaxtı.az xəbər verir ki, Kayli Cenner və İrina Şeykin şir başı ilə göründüyü Parisdə 27 yaşlı dünya şöhrətli ulduz müğənni kristallarla örtülmüş görünüşü ilə gündəmə düşüb.

Təpədən dırnağa qədər qırmızı olan 30 min Swarovski kristalı ilə tədbirə hazırlaşmaq 5 saat çəkib.

Ulduz müğənni Doja Cat Schiaparelli dəfiləsinə qırmızı kristallara bürünmüş görkəmdə gəldiyi üçün tanınmaz hala düşüb və bu görüntüdən az qala hər kəsin gözü qamaşıb. Mətbuat şərhinə görə, bu görünüşün arxasında əfsanəvi vizajist Pat McGrath dayanırdı və rəssam bu çılğın görünüşü yaratmaq üçün Dantenin 14-cü əsr epik İlahi Komediyasının "Cəhənnəm" epizodundan ilhamlanıb.

Doja Catın qırmızı straplez Schiaparelli Haute Couture paltarı, muncuqlu yubka, dizə qədər qırmızı çəkmələr, dramatik qırmızı şal və qırmızının eyni çalarındakı nəhəng sırğalarla tamamlanıb.

Pat Makqrat Doja Catı başdan ayağa qırmızı bədən boyası ilə boyayıb. Bu da azmış kimi məşhur müğənninin bədəninə 30 min Swarovski kristalı yapışdırılıb. Saçlarını qırxdıran Doja Catın bədəni başından tutmuş, üzü də daxil olmaqla paltarının bütün açıq dekoltelərinə qədər tamamilə qırmızı idi və bu boyaya yapışdırılan Swarovski kristalları müğənnini tanınmaz hala salmışdı.

Dəfilənin girişində və ön cərgəsində verdiyi pozalarla günün ən çox danışılan adamına çevrilməyi bacaran müğənninin bu görkəmi əldə etməsi asan olmayıb. Əsl adı Amalia Dlamini olan müğənniyə bu qəribə makiyajı etmək, üzərinə Swarovski kristalları yapışdırmaq, sonra isə Schiaparelli dizaynlı libas və aksessuarları geyindirmək 5 saat çəkib. Bu görünüşün yaradıcısı, vizajist Pat McGrath gün boyu Doja Catın bu vəziyyətdə gözləyərkən səbrini və sakitliyini tərifləyərək paylaşıb.

Ay Tac


SON XƏBƏRLƏR