• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Messinin 8-ci "Qızıl top"u

İDMAN

31 Oktyabr 2023 | 09:00 | Müəllif: Qalib İbrahimoğlu

Messinin 8-ci "Qızıl top"u

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

36 yaşlı forvarda mükafatı onun çıxış etdiyi klubun sahibi olan britaniyalı əfsanəvi futbolçu Devid Bekhem təqdim edib.

Erlinq Haaland “Qızıl top”un səsverməsində ikinci, Kilian Mbappe isə üçüncü yeri tutub.

Qeyd edək ki, Lionel Messi karyerası ərzində 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026