• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

MİT daha bir PKK terrorçusunu MƏHV ETDİ

DÜNYA

04 Yanvar 2024 | 13:44 | Müəllif: Subhan Mahmudov

MİT daha bir PKK terrorçusunu MƏHV ETDİ

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərinin Pəncəvin çölündə Türkiyəyə qarşı əməliyyat planları hazırladığı aşkarlanan PKK/KCK terrorçusu Sadık Şeyx Əhmədi zərərsizləşdirib.

Bakıvaxtı.az bildirir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, MİT-in apardığı araşdırmalarda Sadık Şeyx Əhmədin İraqın Süleymaniyyə şəhərinin Pencevin çölündə fəaliyyət göstərən və Türkiyəyə qarşı əməliyyat planlaşdıran Eriş Berxvedan kod adlı terrorçu olduğu müəyyən edilib.

Kəşfiyyatçılar PKK/KCK-nın İraqdakı yüksək səviyyəli təşkilat hücum/təxribat planına strateji dəstək verən Sadık Şeyx Əhmədin yerini müəyyən edib. Sadık Şeyx Əhməd MİT-in keçirdiyi əməliyyatla zərərsizləşdirilib.

Qeyd edilib ki, o, Türkiyəyə Suriyada rejim əleyhinə hərəkatlar başlayandan sonra gəlib. Berxvedan 2015-ci ildə Suriyaya qayıdıb və PKK/YPG tərkibində silahlı fəaliyyətə başlayıb. O, uzun müddət Suriyada təşkilat adından müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Sonra İraqa köçüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026