Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi İraqda 3, Suriyada isə 4 obyektin ABŞ-ın hava hücumlarına məruz qaldığını açıqlayıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Kirbi belə deyib:
“ABŞ müdaxiləsi bu gecə başlayıb, lakin bu gecə bitməyəcək”.
Con Kirbinin açıqlamasında diqqət çəkən məqamlar aşağıdakılardır:
“Hücumdan əvvəl İraq hökumətinə məlumat vermişdik. Biz İranla müharibə istəmirik. İordaniyada 3 ABŞ əsgərinin həlak olduğu hücumdan sonra İranla heç bir əlaqə olmayıb”.
Ay Tac
















