• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

NATO-nun genişmiqyaslı təlimi başladı

DÜNYA

04 Mart 2024 | 09:45

NATO-nun genişmiqyaslı təlimi başladı

Bu gün Şimali Atlantika Alyansının (NATO) “Nordic Response 24” adlı genişmiqyaslı hərbi təlimləri başlayır.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, təlimlər Finlandiyanın şimalında, İsveçdə və Norveçdə keçirilir.

Manevrlərə Norveç rəhbərlik edir.

Təlim martın 15-dək davam edəcək.

Bu, Finlandiyanın NATO təlimlərində ilk iştirakıdır. Rəsmi Helsinki manevrdə 4100-ə yaxın hərbi qulluqçu ilə təmsil olunur.

“Nordic Response 24” quru, dəniz və hava manevrlərindən ibarətdir. Təlimdə 14 ölkədən ümumilikdə 20 minə yaxın hərbçi iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026