• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

ABŞ terrordan iki həftə əvvəl Rusiyaya xəbərdarlıq etmişdi ki...

DÜNYA

03 Aprel 2024 | 09:04 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ terrordan iki həftə əvvəl Rusiyaya xəbərdarlıq etmişdi ki...

Birləşmiş Ştatlar “Crocus City Hall”dakı terror aktından iki həftə əvvəl Rusiya hakimiyyətinə xəbərdarlıq etmişdi ki, konsert zalı hücum üçün potensial hədəfə çevrilə bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, bu bəyanatı vəziyyətlə tanış olan Amerika rəsmilərinə istinadən “The Washington Post” yayıb.

Öz mənbələrinə görə, Amerika səlahiyyətliləri iki həftə əvvəl Rusiya tərəfini “Crocus City Hall”un terrorçuların mümkün hədəfinə çevrilə biləcəyi barədə məlumatlandırıblar. Nəşrin həmsöhbətlərinin təqdim etdiyi versiyaya görə, ABŞ bu məlumatları Amerikanın Moskvadakı səfirliyinin mart ayında Rusiya paytaxtında mümkün terror aktı ilə bağlı xəbərdarlıq etməsindən bir gün əvvəl ötürüb.

Ekspertlər hesab edir ki, ABŞ-ın Rusiyaya potensial hücum hədəfi barədə konkret məlumat verməsi qeyri-adi haldır. Onlar bildiriblər ki, bu addım kəşfiyyat mənbələrinin açıqlanmasına təhlükə yarada bilər.

Bundan əvvəl Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin jurnalistlərə bildirib ki, o, Amerika tərəfdən “Crocus City Hall”da terror aktının mümkün hədələri ilə bağlı müəyyən məlumat alıb, lakin məlumat çox ümumidir.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026