Qazaxıstanın dövlət və siyasi xadimi, parlament Senatının (yuxarı palata) birinci sədri Omirbek Baygeldi vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb
84 yaşlı O.Baygeldi Astanada dünyasını dyişib.
O.Baygəldi 1939-cu il aprelin 15-də Cambul rayonunun (KazSSR) Qızıl-Oktyabr kəndində anadan olub. Əmək fəaliyyətinə Cambul vilayəti, Cambul rayonu, Qızıl-Oktyabr kolxozunda fəhlə kimi başlayıb. 1990-cı illərdə o, Cambil vilayət icraiyyə komitəsinin sədri, Cambil vilayəti administrasiyasının rəhbəri, Qazaxıstan prezidentinin müşaviri olub.
Bundan başqa, Baygəldi birinci, ikinci, üçüncü və dördüncü çağırış Senatın deputatı olub. 1996-1999-cu illərdə bu qanunverici orqanın sədri vəzifəsində çalışıb. Ümumilikdə o, 16 ildən artıq parlamentin yuxarı palatasında çalışıb.
Murad Məmmədli
















