Yaponiya Meteorologiya İdarəsi Tayvanın şərq sahillərində baş verən 7,7 bal gücündə zəlzələdən sonra Okinava prefekturasında sunami xəbərdarlığını ləğv edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun saytında dərc olunan məlumatda qeyd olunub.
Yalnız dəniz səviyyəsində cüzi dəyişiklik ehtimalını əks etdirən proqnoz qüvvədə qalır.
















