• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bu il Gürcüstan-ABŞ birgə hərbi təlimləri keçiriləcək

DÜNYA

03 Fevral 2024 | 11:31

Bu il Gürcüstan-ABŞ birgə hərbi təlimləri keçiriləcək

Gürcüstanda 2024-cü ildə ABŞ ilə birgə “Trojan Footprint” və “Noble Partner” çoxmillətli hərbi təlimləri keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə baş nazirlik postuna namizəd İrakli Kobaxidzenin təqdim etdiyi "Avropa dövlətinin qurulması naminə" hökumət proqramında deyilir.

“Gürcüstanda 2024-cü ildə ABŞ-nin Avropa Komandanlığının xüsusi qərargahı yerləşəcək. Bundan əlavə, gürcü hərbçiləri ABŞ-nin xaricdə təşkil etdiyi təlimlərdə iştirak edəcək”, - məlumatda qeyd edilib.

Bildirilib ki, ABŞ-nin maliyyə dəstəyi çərçivəsində bu il Gürcüstan Müdafiə Nazirliyi əsasən ölkənin müdafiə qüvvələrinin texnikasının modernləşdirilməsi məqsədilə 50 milyon ABŞ dollarından çox vəsait alacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026