• Bakı 10° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Modi güc strukturlarının rəhbərləri ilə iclas keçirdi

DÜNYA

29 Aprel 2025 | 21:50

Modi güc strukturlarının rəhbərləri ilə iclas keçirdi

Hindistanın Baş naziri Narendra Modi ölkənin güc strukturlarının rəhbərləri ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

“Modi müdafiə naziri Rajnat Sinqx, milli təhlükəsizlik üzrə müşavir Acit Kumar Doval, müdafiə qərargahının rəisi Anil Çauhan, Silahlı Qüvvələrin üç əsas növünün rəisləri ilə bir araya gəlib. İclas aprelin 22-də Cammu və Kəşmirin Pahalqam bölgəsində turistlərə qarşı törədilən terror aktı ilə əlaqədar çağırılıb”, - məlumatda deyilir.

Modi qeyd edib ki, silahlı qüvvələr komandanlığı Hindistanın təhlükəsizliyinə təhdidlərə necə cavab verəcəyi ilə bağlı vasitələri, məqsədləri və vaxtı müəyyən etmək baxımından tam sərbəstliyə malikdir.

Qeyd edək ki, Cammu və Kəşmir bölgəsində turistlərə atəş açılmasından sonra Pakistan və Hindistan arasında gərginlik yaşanmaqdadır.


SON XƏBƏRLƏR

29 Aprel 2025