• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Mövlud Çavuşoğludan İrana ÇAĞIRIŞ

SİYASƏT

30 Yanvar 2023 | 13:44 | Müəllif: Qalib İbrahimoğlu

Mövlud Çavuşoğludan İrana ÇAĞIRIŞ

​​​​​​Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrandakı Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı Tehrana çağırış edib.

Bakıvaxtı.az xəbər verir ki, M.Çavuşoğlu AZTV-yə açıqlamasında İranı terror hücumu ilə bağlı şəffaf araşdırma aparmağa çağırıb.

Çavuşoğlu qeyd edib ki, qonşu İrandan gözlənti hücumun açıq şəkildə araşdırılması, bu istiqamətdə məlumatların Azərbaycanla paylaşılmasıdır.

"Bu, əhəmiyyətlidir. Digər tərəfdən bu terror hücumunu həyata keçirən şəxsin arxasında hər hansı qrup və ya qruplar varsa, onların da ədalətə təslim edilməsi lazımdır. Qardaş Azərbaycana bir daha başsağlığı verir, şəhidimizə rəhmət, yaralılara şəfa diləyirik. Bir daha deyirik ki, Azərbaycan heç vaxt, heç yerdə tək deyil", - deyə M.Çavuşoğlu vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026