• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Laçın-Xankəndi yolunda aksiya 80 gündür davam edir

SİYASƏT

01 Mart 2023 | 08:52 | Müəllif: Qalib İbrahimoğlu

Laçın-Xankəndi yolunda aksiya 80 gündür davam edir

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyanın 80-ci günüdür.

Gecə saatlarında da aksiyanı davam etdirən aksiya iştirakçıları adəti üzrə növbəti günə də Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar. 

Aksiyanın tələbləri və şüarları dəyişilməz olaraq qalır. Belə ki, aksiyada Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılması tələb olunur. İştirakçılar “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!”, “Təbiəti qoruyun” kimi şüarlar səsləndirirlər.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026