• Bakı 20° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Müdafiə xərcləri iki dəfə ARTIRILIR

DÜNYA

04 Avqust 2023 | 12:24

Müdafiə xərcləri iki dəfə ARTIRILIR

Rusiya bu il müdafiə xərclərini iki dəfə artırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi Rusiya hökumətinin sənədlərinə istinadən məlumat yayıb.

Nəşrin sözlərinə görə, ölkənin hərbi sənayesinə 100 milyard dollardan çox vəsait ayrılacaq ki, bu da Rusiyanın bütün dövlət xərclərinin üçdə birini təşkil edir.

Qeyd olunub ki, Rusiya bu il üçün nəzərdə 54 milyard dolları artıq ilin ilk yarısında xərcləyib və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Müdafiə sənayesinə sərf olunan bu xərclər sənaye istehsalının artırılması yolu ilə iqtisadiyyatın bərpasını dəstəkləyir, lakin artıq büdcənin təxminən 28 milyard dollar kəsirinə və məktəblərə, xəstəxanalara və yollara xərclərin azalmasına səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026