• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Son 10 ildə bir ilk: Kruiz gəmisi Rusiya limanına gəlir

DÜNYA

03 Sentyabr 2023 | 11:29 | Müəllif: Subhan Mahmudov

Son 10 ildə bir ilk: Kruiz gəmisi Rusiya limanına gəlir

Son 10 ildə ilk kruiz gəmisi Rusiyanın Samara vilayətinin Sızran limanına girəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Dmitri Azarov bildirib.

D.Azarovun sözlərinə görə, federal büdcədən 485 milyon rubl məbləğində vəsait Samara vilayətində turizmin inkişafına ayrılıb. Bu investisiyalar çərçivəsində kruiz gəmilərinin sahilə yan alması üçün Volqa çayının Sızran sahilləri yaxınlığındakı məcrasının təmizlənməsi üzrə işlər aparılıb.

O qeyd edib ki, son 10 il ərzində bu ilk dəfədir ki, kruiz gəmisi Sızran sahillərinə yan alacaq, bu da şəhərin görünüşünü yaxşılaşdıracaq və onu turistlər üçün daha cəlbedici edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026