• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zavoda ildırım düşdü

DÜNYA

03 Oktyabr 2023 | 09:16 | Müəllif: Qalib İbrahimoğlu

Zavoda ildırım düşdü

İngiltərədə zavoda ildırım düçəsi nəticəsində partlayış baş verib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Oksfordşir əyaləti yaxınlığındakı “Severn Trent Green Power” bioqaz zavodunda qeydə alınıb. Partlayış gecəni gündüzə çevirdiyindən rayon sakinləri təşvişə düşüb.

“Severn Trent Green Power”dən verilən açıqlamada partlayışın yerli vaxtla saat 19.20 radələrində baş verdiyi bildirilir. Partlayışdan sonra obyektdə yanğın baş verib.

Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib.

Partlayış nəticəsində ölən və yaralananların olmadığı açıqlanıb.

Sakinlər Witney, Burford, Chipping Norton və Milton-under-Wychwood-da elektrik enerjisinin kəsildiyini bildiriblər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026