• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

335 nəfərdə qarayara xəstəliyi aşkarlandı - Ölənlər var

DÜNYA

02 Noyabr 2023 | 01:00 | Müəllif: Subhan Mahmudov

335 nəfərdə qarayara xəstəliyi aşkarlandı - Ölənlər var

Zambiyada qarayara xəstəliyinə 330-dan çox yoluxma halı müəyyən edilib, onlardan 4-ü dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Silviya Masebo bildirib.

Ölkədə qarayara xəstəliyinə yoluxmaların sayı 335-ə çatıb. On vilayətdən 6-da yoluxma halları aşkarlanıb.

S.Masebo qeyd edib ki, insanlar qarayara aşkarlana heyvanların ətini yeyərək yoluxublar.

Qeyd edək ki, törədicinin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026