2024-cü ildə Rusiya hərbçiləri xarici ölkələrin bölmələrinin (o cümlədən 4-ü KTMT və ŞƏT çərçivəsində) iştirakı ilə 20-yə yaxın təlim keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu hərbi idarədə keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, yekun nəticə bütün qoşun növlərinin cəlb olunduğu “Okean-2024” strateji təlimi olacaq:
“Dekabrın 1-də Rusiya ordusunda yeni tədris ili başladı. Əsas səylərin xüsusi əməliyyatın tapşırıqlarını həll etmək üçün qoşunların hazırlanmasına yönəldilməsi planlaşdırılır. Xüsusi hərbi əməliyyat zonasında 7 müasir poliqon quraşdırılacaq, onlardan ikisində işlər artıq yekunlaşıb”.
















