• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çantasından silah tapılan partiya sədri AZADLIQDA

DÜNYA

31 Dekabr 2023 | 20:04

Çantasından silah tapılan partiya sədri AZADLIQDA

Ermənistanda həbs edilmiş “Vətənin Gücü” partiyasının sədri Tiqran Arzakansyan azadlığa buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

“Faktla bağlı 335-ci maddə ilə cinayət işi açılıb, güllələrin qanunsuz və ya qanuni olması halları dəqiqləşdirilir”, - İstintaq Komitəsindən bildirilib.

İdarədən bildirilib ki, faktla bağlı cinayət işi başlanmayıb və hazırda ibtidai araşdırma aparılır.

Bundan əvvəl “NEWS.am” saytı “Zvartnots” hava limanının aviasiya təhlükəsizliyinin əməkdaşlarının partiya sədri Tiqran Arzakansyanı hava limanında saxladığını bildirmişdi. O, həbs edilmişdi.

İrəvan-Dubay reysi ilə uçan sərnişin Arzakansyanın çantasından 16 ədəd mərmi və naməlum tipli silah tapılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR