• Bakı 20° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Fransada etirazçı fermerlərin sayı ARTDI

DÜNYA

30 Yanvar 2024 | 17:13

Fransada etirazçı fermerlərin sayı ARTDI

Fransa kəşfiyyatının məlumatına görə, bazar ertəsi etiraz edən fermerlərin sayı üç dəfə artıb və etiraz hərəkatının azı beş gün davam edəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bazar ertəsi etirazlarda iştirak edən fermerlərin sayı üç dəfə artıb və səhər 3 mindən axşam 9 minə çatıb.

Fransa kəşfiyyatının məlumatına əsasən, bu ölkənin baş naziri Qabriel Attalın hansı qərar verməsindən asılı olmayaraq, hakimiyyət blokadaların azı beş gün davam edəcəyini gözləyir.

Fransa hökuməti etiraz hərəkatının sərtləşməsindən və genişlənməsindən ehtiyatlanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR