• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ayılar ər-arvadı parçaladı

DÜNYA

29 Fevral 2024 | 14:21 | Müəllif: Qalib İbrahimoğlu

Ayılar ər-arvadı parçaladı

Hindistanda cütlük 4 ayı tərəfindən parçalanıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadla bildirir ki, hadisə fevralın 26-da Racastan ştatında baş verib. Sirohi şəhərində 4 vəhşi heyvan ər və arvadın üstünə hücum çəkib. Qadın daha ağır yaralanıb. Ayılar onun hər iki qolunu sındırıb və ağır kəllə-beyin travmasına səbəb olub.

Zərərçəkənlər xəstəxanaya çatdırıldıqdan sonra həkimlər qadının vəziyyətinin məhz kəllə-beyin travması səbəbindən çox ağır olduğunu bildiriblər. Kişinin hansı xəsarətlər aldığı barədə məlumat verilmir.

Qeyd olunur ki, son vaxtlar Sirohi və Abu dağı yaxınlığında ayılara tez-tez rast gəlinir. Heyvanlar yemək axtarmaq üçün yaşayış məntəqələrinin kənarlarına gəlirlər./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026