• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Niaqara"da fövqəladə vəziyyət elan edildi

DÜNYA

30 Mart 2024 | 14:10

"Niaqara"da fövqəladə vəziyyət elan edildi

Niaqara bölgəsi rəsmiləri aprelin 8-də Niaqara şəlaləsinin tam Günəş tutulmasını "görmək üçün ən yaxşı yerlərdən biri" olaraq təyin olunmasından sonra bölgəyə gözlənilən təxminən 1 milyon ziyarətçi üçün hazırlıqlara başlanıldığını açıqlayıb.

Bakıvaxtı.az TRT Haber-ə istinadən xəbər verir ki, tıxac, təcili tibbi yardım xidmətlərinə artan ehtiyac və mobil telefon şəbəkənin həddindən artıq yüklənməsi kimi vəziyyətlərə əlaqədar olaraq bölgədə "fövqəladə vəziyyət" elan edildiyi bildirilib. 

Bələdiyyə sədri Cim Diodati qeyd edib ki, şəhərin 1 günlük ziyarətçi sayı rekord həddə çatacaq.

Aprelin 8-də baş verəcək tam Günəş tutulmasını Meksikadan, ABŞ-ın şərqindən və Kanadanın cənub-şərqindən müşahidə etmək olacaq.

Qeyd edək ki, sonuncu Günəş tutulması 1979-cu ildə Niaqara bölgəsində müşahidə edilib.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026