İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağına ərəb ölkələrindən olan hərbçilərin daxil olduğu hərbi kontingentin yerləşdirilməsini təklif edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin yüksək rütbəli rəsmisi açıqlama verib.
“Belə bir addım regionda HƏMAS- la uzlaşmayan bir idarəetmə orqanı yaradacaq və İsrailin Qəzzada humanitar vəziyyətlə bağlı ABŞ ilə artan problemini həll edəcək”.
İddialara görə, İsrailin müdafiə naziri ABŞ-dən amerikalıların yerlərdə iştirakı olmadan belə bir addım üçün maddi və siyasi dəstək olan təşəbbüsü təsdiq etməyi xahiş edib.
Xüsusilə ərəb hərbçiləri humanitar yardım karvanlarını müşayiət edəcək və Birləşmiş Ştatların humanitar yardımın çatdırılması üçün Qəzza zolağında inşa etdiyi müvəqqəti estakadanın təhlükəsizliyini təmin edəcək.
Mina Mikayılova
















